Millimiz Qurban Qurbanovun rəhbərliyi altında ilk məşqinə çıxdı

millimiz-qurban-qurbanovun-rehberliyi-altinda-ilk-mesqine-cixdi
Oxunma sayı: 1602

Bu gün Azərbaycan milli komandası yeni baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında bir araya gəlib.

“Qafqazinfo” xəbər verir ki, millimiz axşam saatlarında ilk məşqinə çıxıb.

Bu, yığmamızın Antalyada məskunlaşdığı "Maxx Royal" otelinin meydançasında reallaşıb. Yeganə legionerimiz - Ukraynanın “Aleksanriya” klubunun müdafiəçisi Pavel Paşayev də düşərgədədi.

Qurbanovun dəvət göndərdiyi 24 futbolçudan 9-u yoxdu. “Neftçi”nin 6, “Qəbələ”nin isə 3 futbolçusu bu gün yoxlama oyunlarında iştirak ediblər. Belə ki, "ağ-qaralar"dan Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəşad Əzizli, Anton Krivotsyuk və Rəhman Haclıyev, "Qəbələ"dən isə Cavid Hüseynov Ruslan Qurbanov və Təmkin Xəlilzadə hələ ki millidə deyil. Həmin 9 futbolçu bu gecə milliyə qoşulacaq. "Neftçi" ilə "Qəbələ" bu gün Rusiya I liqa klubları - müvafiq olaraq "Kırılya Sovetov" və "Arsenal"la qarşılaşıb.

Xatırladaq ki, millimiz Antalyada fevralın 3-dək davam edəcək toplanışda yanvarın 30-da Moldova yığmasıyla yoldaşlıq görüşü keçirəcək.