Millimiz Rusiya yığması ilə qarşılaşacaq

millimiz-rusiya-yigmasi-ile-qarsilasacaq
Oxunma sayı: 672


“Qafqazinfo”nun məlumatına görə, yalnız seçmə matçlarında şimal qonşularımızla üz-üzə gələn Berti Foqtsun yetirmələri sentyabrın 9-da əsas sınaq qarşısına çıxacaqlar. Komandamızın rəqibi AVRO-2016-nın seçmə mərhələsində Bolqarıstan millisi olacaq. 

Qeyd edək ki, “Arena Ximki”də Bakı vaxtı ilə saat 20:00-da start verəcək Rusiya – Azərbaycan oyununu özbəkistanlı referi Rövşən İrmatov idarə edəcək. 

Yoldaşlıq oyunu

3 sentyabr

20:00. Rusiya – Azərbaycan

Hakimlər: Rövşən İrmatov, Abduhamidullo Rəsulov, Əlişer Usmanov (hamısı Özbəkistan)

Moskva. “Ximki Arena” stadionu