Millimiz seçmə mərhələdə ilk qələbəsini qazandı

millimiz-secme-merhelede-ilk-qelebesini-qazandi
Oxunma sayı: 1533

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, 6-cı turda “Dalğa Arena”da Monteneqro millisi ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanıb.

Millimizin qolunu oyunun 24-cü dəqiqəsində Ayşən Əhmədova vurub.

Qeyd edək ki, yığmamız əvvəlki 5 oyunun hamısından məğlub ayrılmışdı. Azərbaycan milli komandası Rusiyaya (0:2), Monteneqroya (0:2), Danimarkaya (0:8), Maltaya (1:2), Rusiyaya (0:4) uduzmuşdu.