Millimiz Slovakiyaya da qalib gəldi

millimiz-slovakiyaya-da-qalib-geldi
Oxunma sayı: 2504

Bakıda futzal üzrə DÇ-2020-nin seçmə mərhələsinin oyunları bu gün başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan millisinin bu günki rəqibi Slovakiya yığması olub.

İlk iki turda müvafiq olaraq Moldova və Monteneqroya qalib gələn millimiz elit-raund mərhələsinə vəsiqəni təmin edib.

Ancaq Joze Alesionun komandası qrupda birinci yeri tutmaq və elit-raunda qrup lideri kimi yollanmaq üçün Slovakiyaya qalib gəlməli idi.

Oyun millimizin üstünlüyü şəraitində keçib və yığmamız 2:0 hesablı qələbə qazanıb. Millimizə qələbə qazandıran qollara Bonilya və Vassoura imza atıb. Bu qələbədən sonra yığmamız qrup mərhələsini ilk pillədə başa vurub.

 

20:00 Slovakiya – Azərbaycan - 0:2

Bakı, Əl oyunları İdman sarayı

Qeyd edək ki, elit-raund mərhələsinin püşkatması noyabrın 7-də baş tutacaq.