Bu gün futzal üzrə Kolumbiyada keçiriləcək dünya çempionatına Avropa zonasından gedəcək 7 komandanın adı bəlli olacaq.
“Qafqazinfo” xəbər verir ki, səfərdə Hollandiya üzərində 5:1 hesablı qələbə qazanan Azərbaycan millisi bu dəfə rəqibini doğma meydanda qəbul edəcək.
Millimiz mundiala vəsiqə qazanacağı halda Azərbaycan futzal tarixində ilkə imza atacaq.
Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək qarşılaşma 20:00-da başlayacaq.
DÇ-2016-nın pley-off mərhələsi
Cavab oyunu
12 aprel
20:00. Azərbaycan - Hollandiya
Hakimlər: Cerald Bauemfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moshe Bohbot (İsrail)
UEFA nümayəndəsi: Cristian Vomicu (Rumıniya)
Hakim-inspektor: Antonio Jose Fernando Cardoso (Portuqaliya)
Bakı İdman Sarayı
İlk oyun – 5:1
Son xəbərlər
Son Xəbərlər