Millimiz Türkiyə ilə heç-heçə etdi

millimiz-turkiye-ile-hec-hece-etdi
Oxunma sayı: 1182

İstanbulda təlim-məşq toplanışında olan Azərbaycanın qadın futbolçulardan ibarət millisi Türkiyə yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, qarşılaşma Türkiyə Futbol Federasiyasının Rivadakı təlim-məşq mərkəzində olub.

Oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin qollarını 65-ci dəqiqədə Sevinc Cəfərzadə və 75-ci dəqiqədə Kristina Bakaranadze vurub.

Qeyd edək ki, bu komandalar arasında iyunun 25-də keçirilmiş ilk oyun 2:0 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatmışdı.