Bu gün Doha şəhərindəki "Al Sadd" stadionunda Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu macarıstanlı hakimlər idarə edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, qarşılaşmanın baş hakimi Ferenc Karako olacaq.
Ona Peter Berettian və Balazs Buzas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saoud Al Athba (Qətər) yerinə yetirəcək.
Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.
Son xəbərlər
Son Xəbərlər