Millimiz Yunanıstana da qalib gəldi

millimiz-yunanistana-da-qalib-geldi
Oxunma sayı: 1318

Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 3-cü qrupda ikinci turun oyunları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, millimiz Afinada Yunanıstan yığması ilə qarşılaşıb.

Oyuna sürətlə başlayan futzalçılarımız 2 dəqiqə ərzində rəqibi iki dəfə meydanın mərkəzinə dəvət edib. Əvvəlcə Vassura, ardınca isə Edu rəqib torunu silkələyib. İkinci hissədə də qol vuran millimiz olub. Bu dəfə Çovdarov adını tabloya yazdırıb.

Bununla da ardıcıl ikinci qələbəsini qazanan millimiz növbəti matçını martın 4-də Bakıda Moldova yığmasına qarşı keçirəcək.

AÇ-nin seçmə mərhələsi
3-cü qrup
2 fevral

Yunanıstan – Azərbaycan 0:3
Qollar: Vassura, 1:04. Eduardo Borges, 1:38. Ramiz Çovdarov, 25:58.
Hakimlər: İbrahim El Jilali (Niderlan), Lars Van Leeuven (Niderlan), Vasilios Christodoulis (Yunanıstan).
Timekeeper: Nikolaos-Andreas Pachakis (Yunanıstan).
Daiis İdman Sarayı. Saat 20:00.