Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq.
Afinadakı Daiss İdman Sarayında baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3. Hazırda Moldova ilə eyni xala (3) malik yığma top fərqinə görə birinci pillədə qərarlaşıb.
AÇ-nin seçmə mərhələsi
3-cü qrup
2 fevral
20:00. Yunanıstan - Azərbaycan
Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland).
Afina. "Daiss" İdman Sarayı.
Son xəbərlər
Son Xəbərlər