Millimizdən bol qollu bərabərlik

millimizden-bol-qollu-beraberlik
Oxunma sayı: 2257

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq matçına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, millimiz Bakıda Macarıstanlı həmyaşıdları ilə qarşılaşıb.

İlk hissədə 0:2 hesabı ilə geriyə düşən düşən Rəşad Sadıqovun yetirmələri sonrakı dəqiqələrdə əzmkarlıq nümayiş etdirib və meydandan 3:3 bərabərliklə ayrılmağa nail olublar.

Xatırladaq ki, U-21 millimiz bir neçə gün öncə Astanada Qazaxıstan millisi ilə 1:1 bərabərə qalmışdı.

Azərbaycan (U-21) - Macarıstan (U-21) - 3:3

Qollar: Ehtiram Şahverdiyev, 49-p., Renat Dadaşov, 66, Anton Krivotsyuk, 71 - Qabor Makray, 28, Atilla Haris, 38, Matias Tayti, 50