“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, millimiz Türkiyənin "Kunduspor" klubunun U-21 komandası ilə qarşılaşıb. Bu görüşdə milli komandamız rəqibini darmadağın edib - 8:0.
Matçdan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və millimizin futbolçuları oyuna qara sarğı ilə çıxıb.
Qarşılaşmanı millimizin baş məşqçisi Robert Prosineçki və AFFA-nın Məşqçilər Komitəsinin üzvləri izləyiblər.
Qeyd edək ki, millimizin bu gün "Antalyaspor"un U-21 komandası ilə yoxlama oyunu keçirəcəyi planlaşdırılırdı. Amma son anda rəqib dəyişib.
Son xəbərlər
Son Xəbərlər