Millimizdən böyük hesablı qələbə

millimizden-boyuk-hesabli-qelebe
Oxunma sayı: 1021


“Qafqazinfo” xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan milli komandası 11:2 hesabı ilə qələbə qazanıb. Oyunda yığmamızın qollarını Rəcəb Fərəczadə, Vitali Borisov, Amadeu, Auqusto, Rizvan Fərzəliyev, Fineo De Araujo (2), Ramiz Çovdarov (2) və İsa Atayev (2) vurublar. Rəqib komandanın heyətində isə Jakob Jensen və Mads Jensen fərqləniblər.

Azərbaycan millisinin mübarizə apardığı dördüncü qrupun bu gün keçirilən digər oyununda isə Ukrayna yığması Belçika komandasına 9:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrupun ilk oyununda Belçika kollektivini 3:1 hesabı ilə məğlub edən komandamız qrup birinciliyi uğrunda həlledici görüşdə martın 21-də Ukrayna seçməsi ilə qarşılaşacaq.

Qrupu ilk pillədə başa vuran komanda 2016-cı ildə Serbiyada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq.