Millimizdən ilk oyunda qələbə

millimizden-ilk-oyunda-qelebe
Oxunma sayı: 1416

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında Səudiyyə Ərəbistanı milli komandasına qarşı oyun 3:1 hesabı ilə millimizin xeyrinə nəticələnib.

Komandamızın heyətində Comərd Baxşəliyev, Hüseyn Axundov və Orxan Məmmədov fərqlənib.

Bu komandalar arasında daha 3 yoxlama oyunu keçiriləcək.