Yenə milli, yenə fiasko... - Yenilənib - Video

yene-milli-yene-fiasko
Oxunma sayı: 8359

Bu gün UEFA Millətlər Liqasında Azərbaycan millisi növbəti matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda Bakıda Slovakiya ilə qarşılaşacaq. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

14 oktyabr

UEFA Millətlər Liqası 4-cü tur, C Liqası, I Qrup

20:00. Azərbaycan - Slovakiya

Baş hakim: Rosit Saqqi (Norveç)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, komandalar arasında sentyabrda Slovakiyada keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

***

Azərbaycan: 1. Mehdi Cənnətov, 21. Qismət Alıyev, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk,11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 18.Ceyhun Nuriyev,  10. Mahir Emreli

Ehtiyat oyunçuları: 23. Rza Cəfərov, 12. Aydın Bayramov, 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Can Kökçü,7.Coşqun Diniyev,  8. Emin Mahmudov,  9. Renat Dadaşov, 14. Rüstəm Əhmədzadə, 16. Vadim Abdullayev,  19. Xəyal Nəcəfov, 22.Abbas Hüseynov

Slovakiya: 1. Marek Rodak, 16. David Hanko, 14. Milan Şkrinyar (k),5. Lübomir Şatka, 2. Petar Pekarik,10. Lazslo Benes, 22. Stanislav Lobotka, 8. Ondrey Duda, 17. Lukaş Haraslin, 7. Tomaş Suslov, 15. David Streleç

Ehtiyat oyunçuları:  Takac, Ravas, Bojenik, Tupta, Kozlovski, Sauer, Duriş,  Riqo, Herk, Tomik, Kozlovski, Dember

***

Matç başladı.

***

15-ci dəqiqədə qonaqlar hesabı açır. Rahil Məmmədov topu öz qapısına göndərir  - 0:1

***

38-ci dəqiqədə Toral Bayramov hesabı bərabərləşdirir - 1:1.

***

İlk hissə 1:1 hesabı ilə başa çatdı.

***

İkinci hissə başladı.

***

71-ci dəqiqədə Mahir Emreli qırmızı vərəqə alaraq meydandan qovulur.

***

75-ci dəqiqədə Lukaş Haraslin Slovakiyanı hesabda önə keçirir - 1:2.

***

Duriş 86-cı dəqiqədə hesabı 1:3 edir.

***

Qarşılaşma Slovakiyanın 3:1 hesablı qələbəsi ilə başa çatdı. Millimiz ardıcıl dördüncü matçında da məğlub oldu.