“Qafqazinfo”nun apasport.az-a istinadən məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət komandaların yarışında Azərbaycan yığması növbəti qələbəsini qazanıb.
Belə ki, “Bayıl” stadionunda millimiz Gürcüstanı 2:1 hesabı ilə məğlub edib. “Dalğa Arena”da Yunanıstan və Qazaxıstan yığmalarının görüşü 6:1 hesabı ilə birincilərin xeyrinə yekunlaşıb.
Qeyd edək ki, bir gün öncə ilk turda isə Azərbaycan Qazaxıstanı böyükhesablı məğlubiyyətə uğradıb (4:0). Yarışın açılış oyununda Gürcüstan 2 cavabsız qolla Yunanıstana qalib gəlib.
Son xəbərlər
Son Xəbərlər