Xəbər verdiyimiz kimi, UEFA futzal üzrə Azərbaycan yığmasını texniki məğlubiyyətlə cəzalandırıb. Bunun səbəbi kimi isə texniki qayda pozuntusu göstərilib.
Əslində isə cəzalanmaya səbəb Azərbaycan Futzal Federasiyası tərəfindən milliləşdirilən braziliyalı oyunçulardır.
Federasiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya bu məlumat təsdiqlənib:
“Bizə göndərilən məktubda texniki problem göstərilib. Amma məsələ belədir ki, qitə futbol qurumu braziliyalı oyunçuların milliləşdirilməsinə görə cəza verib. Bu təkcə bizə aid deyil. Başqa ölkələrin yığmalarına da cəzalar verilib”.
Qeyd edək ki, Azərbaycan millisi yer aldığı A qrupunda bu sanksiya daha əvvəl 2 dəfə Rumıniya yığmasına tətbiq olunub. Niderland millisinin şikayəti əsasında, analoji səbəbdən UEFA-nın adı çəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.
Son xəbərlər
Son Xəbərlər