Millimizə qələbə qolunu vuran futbolçu- - "Bəzi çətinliklər yaşatdılar"

millimize-qelebe-qolunu-vuran-futbolcu-
Oxunma sayı: 1482


“Qafqazinfo” xəbər verir ki, braziliyalı müdafiəçi 2:1 hesablı qələbəni belə şərh edib: 

"Mən müdafiədə çox hərəkətdə oluram. Amma buna baxmayaraq, hücuma çıxıb, komandama 1 qolla kömək etdiyim üçün çox şadam. Biz belə kombinasiyalara artıq öyrəşmişik. Ona görə də, bu ötürməni gözləyirdim. Toplanış çərçivəsində keçirdiyimiz hər dörd qarşılaşma da kifayət qədər mürəkkəb oyunlar oldu. Amma digər rəqiblərlə müqayisədə Azərbaycan millisi daha yaxşı top saxlayırdı və meydanda aqressiv idilər. Bu səbəbdən də onlar bizə bəzi çətinliklər yaşatdılar".

Qeyd edək ki, İsmaili oyunun 67-ci dəqiqədsində "Şaxtyor"un 2-ci qolunu vurmuşdu.