Millimizi darmadağın etdilər

millimizi-darmadagin-etdiler
Oxunma sayı: 1110

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatında mübarizəyə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, millimiz əsas mərhələdə ilk oyununa çıxıb. Sloveniyanın Podçetrtek İdman Sarayında Kiprlə qarşılaşan yığmamız 1:7 hesabı ilə uduzub. 
 
Qrupda keçirilmiş digər oyunda Hollandiya yığması Sloveniyadan üstün olub - 5:4.
 
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu bu gün saat 19:30-da Hollandiya komandasına qarşı keçirəcək. 

27 mart
Avropa çempionatının əsas mərhələsi
 
Azərbaycan - Kipr - 1:7

Qollar: Hüseyn Qarayev, 35:47 - Mamas Loizou, 03:46, 18:17, Taha El Kebbe, 07:58, Vasilis Papadopoulos, 11:51, 26:18, Çaris Koulloupa, 25:25, 28:37