Azərbaycan milli komandasının baş məşqçi postuna daha bir namizədin adı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu, ukraynalı mütəxəssis Slavolyub Muslindir.
Bu iddia ilə Ukrayna mətbuatı çıxış edib. Bildirilir ki, hazırda Səudiyyə Ərəbistanında “Əl Feyh” klubunu çalışdıran mütəxəssis ordan ayrılıb Azərbaycan yığmasının “sükanı arxası”na keçə bilər.
Qeyd edək ki, Muslin Fransanın “Bordo”, “Lans”, Mərakeşin “Raja”, Serbiyanın “Red Star”, Bolqarıstanın “Levski”, Belçikanın “Standart”, Rusiyanın “Lokomotiv” (Moskva), “Krasnodar”, “Amkar”, Belarusun “Dinamo” (Minsk), Kiprin “Anortosis” və Ukraynanın “Metallurq” (Donetsk) klublarını çalışdırıb.
Son xəbərlər
Son Xəbərlər