Millimizi üzvü il “Bursaspor”lu fanatlar arasında yeni qalmaqal

millimizi-uzvu-il-bursasporlu-fanatlar-arasinda-yeni-qalmaqal
Oxunma sayı: 744

Millimizin üzvü Dəniz Yılmaz Türkiyədə problemlə üzləşib. “Qafqazinfo” xəbər verir ki, “Bursaspor”un futbolçusu növbəti dəfə azarkeşlərlə insident yaşayıb.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, son zamanlar “Bursaspor” azarkeşlərinin tənqid hədəfinə çevrilən hücumçu Superliqanın XXVII turunda “Karabükspor”la matçı məhz azarkeşlərə görə buraxıb.

Öncə futbolçunun zədəyə görə, “Karabükspor”la matçı buraxacağı açıqlansa da, əsl səbəb başqa imiş. Belə ki, matçdan bir gün öncə ailəsi ilə birlikdə restoranda nahar edən hücumçuorda olan bursalıların sərt tənqidi ilə üzləşib. Məhz bu hadisədən sonra həvəsdən düşən Yılmaz baş məşqçi Mutlu Topçudan qarşılaşmanın “18-liy”inə salınmamasını xahiş edib.

Qeyd edək ki, Dəniz Yılmaz bu mövsüm “Bursaspor”un heyətində 4 qol vurub.