Millimizin Avropa çempionatı öncəsi Bakıda məşqi baş tutdu

millimizin-avropa-cempionati-oncesi-bakida-mesqi-bas-tutdu
Oxunma sayı: 1654

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın minifutbol millisinin açıq məşqçi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, hazırlıq prosesi Azərbaycan Cüdo Federasiyasının təlim-məşq mərkəzində gerçəkləşib.

Məşqdə yığmanın bütün oyunçuları iştirak ediblər.

Məşqdən sonra Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev açıqlama verib: “Ən güclü komandalardan biri Azərbaycandır. Bütün diqqətlər bizim üzərimizdə olacaq. Hədəfimiz ən azı finala çıxmaqdır. Güclü komandalarla eyni qrupa düşmüşük. Xatırlatmaq istəyirəm ki, biz də dünya reytinqində ikinci sırada qərarlaşmışıq. Ən güclü komandalardan biri Azərbaycandır. İtkisiz qrupu uğurla başa vurmaq istəyirik. Qrupdakı çıxışlarımızdan sonra necə mübarizə aparacağımız görünəcək. İki aydır Avropa çempionatına hazırlaşırıq. Bu müddət ərzində çempionat matçları olduğu üçün məşqləri fasilələrlə edirdik. Hər şey qaydasındadır. Komanda yaxşı vəziyyətdədir. Sabah Bakıdakı sonuncu məşqimiz olacaq. Qarşıda bizi çətin oyunlar gözləyir. İnşallah, hazırlıqlarımızın bəhrəsini görəcəyik”.

E.Quliyev Avropa çempionatındakı rəqiblərdən bəzilərini təhlil etdiklərini bildirib: “Fransa və İtaliya yığmalarını təhlil etmişik, çox təcrübəli komandalardır. Amma zəif tərəfləri də var. Bizim millimiz daha sürətli və texnikalıdır”.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 1-dən 8-ə kimi keçiriləcək Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Belçika ilə qarşılaşacaq.