Millimizin baş məşqçisi türkiyəli mütəxəssis olacaq?

millimizin-bas-mesqcisi-turkiyeli-mutexessis-olacaq
Oxunma sayı: 1545

Milli komandamızın yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

“Qafqazinfo” "fanatik"ə istinadən xəbər verir ki, AFFA Türkiyə I Liqasında çıxış edən “Osmanlıspor”dan ayrılan Mustafa Reşit Akçayla danışıqları müsbət yekunlaşdırıb. 60 yaşlı mütəxəssis millimizdə işləməyə razılıq verib.
 
Qeyd edək ki, Mustafa Reşit Akçay karyerası ərzində “Gümüşhanespor”, “Pazarspor”, “Arsinspor”, “Ofspor”, “Beylerbeyi”, “Tavşanlı”, “1461 Trabzonspor”, “Trabzonspor”, “Akhisar” və “Konyaspor” kimi komandalarda çalışıb.