Millimizin də iştirak edəcəyi Avropa çempionatı start götürür

millimizin-de-istirak-edeceyi-avropa-cempionati-start-goturur
Oxunma sayı: 794

Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, Niderlandda təşkil edilən həlledici mərhələnin ilk matçında Serbiya və Portuqaliya komandaları qarşılaşacaq.

Oyun saat 20:30-da start götürəcək. Turnirin rəsmi açılışı isə Niderland-Ukrayna görüşündən əvvəl baş tutacaq. Bu duel isə 23:30-da başlayacaq. Hər iki qarşılaşma Amsterdamdakı “Ziggo Dome” arenasında keçiriləcək. Ümumiyyətlə, qitə birinciliyi Niderland Krallığının iki şəhərində – Amsterdamda və Qroningendə təşkil olunacaq.