Millimizin də qatılacağı Avropa çempionatı ləğv edildi

millimizin-de-qatilacagi-avropa-cempionati-legv-edildi
Oxunma sayı: 855

Bu il Estoniyanın Tartu şəhərində təşkili planlaşdırılan triatlon üzrə Avropa çempionatı ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa Triatlon Federasiyasının rəsmi saytı yayıb. 

Qurum bu addımı koronavirusa görə yaranmış səyahət məhdudiyyətlərinə görə atdığını açıqlayıb. 

Qeyd edək ki, Avropa çempionatı 28 - 30 avqustda təşkil olunmalı idi.