Millimizin elit-raunddakı rəqibləri müəyyənləşdi

millimizin-elit-raunddaki-reqibleri-mueyyenlesdi
Oxunma sayı: 1017

Bu gün futzal üzrə DÇ-2020-nin elit-raundunun püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Bakı vaxtı ilə saat 17:15-də başlanan tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu yığma elit-raundda Rusiya, Slovakiya və Xorvatiya ilə birlikdə C qrupunda mübarizə aparacaq.
A qrupu

Portuqaliya
Belarus
Finaldiya

B qrupu
İspaniya
Serbiya
Ukrayna
Fransa

C qrupu

Rusiya
Azərbaycan
Slovakiya
Xorvatiya

D qrupu

Qazaxıstan
Sloveniya
Rumıniya
Çexiya

Elit-raundun oyunları 2020-ci il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək.

Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.