Millimizin finaldakı rəqibi bilindi

millimizin-finaldaki-reqibi-bilindi
Oxunma sayı: 3307

Xəbər verdiyimiz kimi, mini-futbol üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının yarımfinal görüşünda Qazaxıstan millisi ilə qarşılaşıb. Matç komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb və millimiz finala vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, milli komandanın finaldakı rəqibi isə Rumıniya yığması olacaq.

Rumıniya Bolqarıstanı penaltilərdə məğlub edərək finala adlayıb.

Final matçı sabah Bakı vaxtı ilə 22:15-də başlayacaq.