Azerisport.az xəbər verir ki, o, ölkə çempionatının 8-ci turu çərçivəsində “Daugava” ilə görüşün iştirakçısı olmaq şansına malikdi.
Qarşılaşma rəqib meydanında keçiriləcək. Lakin buna baxmayaraq, liepayalılar çətin səfər matçında qələbə qazanmağa çalışacaqlar.
Liepaya klubu hazırda 6 oyundan sonra 10 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu var. Riqanı təmsil edən “Daugava” isə 7 xalla “Metallurg”un əsas izləyicisidi.
Baş məşqçi Vladimir Osipov bu oyunda Vüqara da şans verə bilər. Xatırladaq ki, millimizin üzvü son turda bu mövsüm ilk dəfə start heyətində meydana çıxdığı görüşü əvəzedilmədən keçirmişdi.
Latviya çempionatı
8-ci tur
2 may
20:00. Daugava (Riqa) – Metallurg