Millimizin futbolçusu Almaniya klubu ilə müqavilə imzaladı

millimizin-futbolcusu-almaniya-klubu-ile-muqavile-imzaladi
Oxunma sayı: 747

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın “Aue” klubu ilə yeni müqavilə imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi tvitter səhifəsi xəbər yayıb.

27 yaşlı yarımmüdafiəçinin müqavilə müddətinin 3 illiyinə - 2021-ci ilin iyununa qədər olduğu bildirilir. Onun II Bundesliqa təmsilçisi ilə əvvəlki müqaviləsi 2018-ci ilin yayına qədər idi. 

Xatırladaq ki, Nazarov ötən mövsümdən çıxış etdiyi “Aue”nin heyətində 9 qol vurub.