“Qafqazinfo” xəbər verir ki, 4-6 həftə sonra "Qarabağ"ın yarımmüdafiəçisinin Almaniyada növbəti fizioterapiya kursu olacaq.
Qeyd edək ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda zədələnən Namik Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunmuş və ilkin fizioterapiya kursunu keçmişdi. Onun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.
Son xəbərlər
Son Xəbərlər