Millimizin futbolçusu mәhsuldar ötürmә ilә yadda qaldı

millimizin-futbolcusu-mhsuldar-oturm-il-yadda-qaldi
Oxunma sayı: 770


"Qafqazinfo" xəbər verir ki, Bundesliqa 2-də 3-cü yerin sahibi "Karlsrue" elitada 15-ci olan "Hamburq"la qarşılaşıb. 

Azərbaycan milli komandasının üzvü Dimitri Nazarovun da şərəfini qoruduğu "Karlsrue" səfərdən 1:1 hesablı bərabərliklə ayrılıb. Start heyətdə meydana çıxan Nazarov 90 dəqiqə meydanda olub və məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması iyunun 1-də keçiriləcək.