Millimizin futbolçusu Portuqaliya klubunda

millimizin-futbolcusu-portuqaliya-klubunda
Oxunma sayı: 1487

Azərbaycan millisinin və İngiltərənin "Vulverhempton" klubunun futbolçusu Renat Dadaşovun yeni iş yeri müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, gənc hücumçu növbəti mövsümü icarə əsasında Portuqaliyanın "Tondela" klubunda keçirəcək. Bu barədə klub saytı məlumat yayıb.

Qeyd edək ki, "Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi olan 22 yaşlı Dadaşov daha əvvəl Portuqaliyada "Eştoril" və "Pakuş de Ferreyra" klublarının da formasını geyinib.