Millimizin futbolçusu rəsmən İsveçrə klubunda

millimizin-futbolcusu-resmen-isvecre-klubunda
Oxunma sayı: 3241

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı hücumçu İsveçrənin “Qrasshopper” klubuna transfer olunub.

Klubun rəsmi saytının yaydığı məlumata görə, tərəflər arasında 2+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, bundan öncə müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan R.Dadaşov son mövsümü icarə əasında Portuqaliya “Tondella”sında keçirmişdi. O, 2020-ci ildə də icarə əsasında “Qrasshopper”də çıxış edib.