Millimizin güləşçisi axtarışa verildi - Cinayət törədib

millimizin-gulescisi-axtarisa-verildi
Oxunma sayı: 3338

Azərbaycan millisinin güləşçisi Nurməhəmməd Hacıyev axtarışa verilib.

Qafqazinfo” xəbər verir ki, o, Abdulbasir Ömərov adlı şəxsin öldürülməsində günahlandırılıb.

Qeyd edək ki, Abdulbasir Ömər iyunun 23-də Mahaçqalada qətlə yetirilib. O, “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəisi  Məhəmmədrəsul Ömərovun qohumuduru.

Xatırladaq ki, 97 kq çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev 2018 və 2019-cu illərdə keçirilən Avropa çempionatlarının, Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısıdır.