Millimizin heyəti açıqlandı

millimizin-heyeti-aciqlandi
Oxunma sayı: 763

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 9-dan 15-dək Macarıstanın Siofok şəhərində keçiriləcək Avropa Liqasının seçmə mərhələsində çıxış edəcək. “Qafqazinfo” xəbər verir ki, millimizin seçmə mərhələdəki rəqibləri Bolqarıstan, Danimarka və Macarıstandır.

Komandamız Avroliqa üçün heyətini və oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, İlkin Hacıyev, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov.

12 avqust, saat 14:15
Azərbaycan – Bolqarıstan

13 avqust, saat 14:15
Azərbaycan – Danimarka

14 avqust, saat 19:00
Macarıstan – Azərbaycan

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.