Millimizin hücumçusu rəsmən “Krasnodar”da

millimizin-hucumcusu-resmen-krasnodarda
Oxunma sayı: 1875

Azərbaycanın qadınlardan ibarət milli komandasının futbolçusu Sevinc Cəfərzadə Rusiyanın “Krasnodar” klubuna transfer olunub. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.  27 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb. Cəfərzadə sözləşməyə azad agent statuslu oyunçu kimi imza atıb. 

O, əvvəllər “Lənkəran”, “Fidan”, “Zaqatala”, Almaniyanın “Gerenberq”, BƏƏ-nin “Abu-Dabi”, Rusiyanın “Donçanka” və Rusiyanın “Yenisey” klublarının formasını geyinib. Təcrübəli forvard 2008-ci ildən Azərbaycanın U-17, U-19, U-21 yığmalarında çıxış edib. Cəfərzadə əsas milliyə 2010-cu ildən dəvət alır.