23 yaşlı futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, Split təmsilçisi ilə müqavilə imzalayacaq. Futbolinfo.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Arif Əsədov bu barədə fikirlərini bildirib:
"Əlbəttə həm "Neftçi", həm də Azərbaycan futbolu adına sevincli bir haldı. Klub rəhbərliyi də bu, strategiyanı aparır. Hər hansı bir təklif gəldiyi halda futbolçuların yaxşı klublara getməsinə mane olmamalıyıq. Ruslana da təklif gəlib. Klubumuz tərifindən müsbət qarşılanıb. Əsas odur ki, gedib, orada möhkəmlənsin. Ruslan hazırda Bakıdadı. Sənədləşmə işləri gedir. Yaxın günlərdə Split təmsilçisi "Hayduk " klubunun düşərgəsinə yollanacaq. Növbəti turda "Qəbələ" ilə səfər görüşünə yollanmayacaq".
Son xəbərlər
Son Xəbərlər