Millimizin keçmiş hücumçusu Rusiya klubunda

millimizin-kecmis-hucumcusu-rusiya-klubunda
Oxunma sayı: 644

AZAL-dan ayrılan Samir Məsimov Rusiyanın “Fakel” klubu ilə müqavilə imzalayıb.

“Qafqazinfo” kluba istinadən xəbər verir ki, 22 yaşlı hücumçu “Fakel”n təlim-məşq toplanışında iştirak edib və məşqçilər tərəfindən bəyənilib.

Samirlə bərabər müdafiəçi Timur Mustafinlə də müqavilə imzalanıb. Lakin, hər iki müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, S.Məsimov AZAL-dan öncə “Neftçi” və “Domjale”də (Sloveniya) forma geyinib.