Millimizin növbəti sınağı

millimizin-novbeti-sinagi
Oxunma sayı: 986

“Qafqazinfo” xəbər verir ki, milli komandamız bu dəfə Estoniya ilə qarşılaşacaq. Dünən ilk oyununda İsraili 3-1 hesabı ilə məğlub edən voleybolçularımız bugünkü matçdan da qalib ayrılmaq əzmindədirlər. Azərbaycan- Estoniya görüşü saat 19:00-da Voleybol Mərkəzində keçirləcək.

 J qrupunda millimizlə yanaşı yer alan Serbiya və İsrail yığmalarının oyunu isə saat 16:00-da start götürəcək. İlk oyunlardan sonra Serbiya və Azərbaycan milliləri qrupda  3 xal toplayaraq, müvafiq  I və II yerləri bölüşürlər. İsrail, Estoniya voleybolçuları isə ilk matçlarını məğlubiyyətlə başa vurduqları üçün xalsız qalıblar.