Millimizin oyunçusu Çin klubunda - Foto

millimizin-oyuncusu-cin-klubunda
Oxunma sayı: 1130

Azərbaycan milli komandasının futzalçısı Fineo Araujonun yeni klubu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki,Braziliya əsilli oyunçu Çin Super Liqasında çıxış edən “Zhuhai” klubu ilə anlaşıb. Anlaşmanın müddəti mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Fineo bunadək karyerasını Yaponiyanın “Agleymina Hamamatsu” klubunda davam etdirib. O, ötən ilin dekabrında bu komandadan ayrılıb və son 3 ayda klubsuz olub.