Millimizin oyunçusu heyətdən kənarlaşdırdı

millimizin-oyuncusu-heyetden-kenarlasdirdi
Oxunma sayı: 1205

Futzal üzrə Azərbaycan yığmasının üzvü İsa Atayev əsas komandadan kənarlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə baş məşqçi Vitali Borisov qərar qəbul edib.

Oyunçunun hansı səbəbdən komandadan göndərildiyi bəlli deyil.

Qeyd edək ki, sentyabrın 20-də Bakı İdman Sarayında reallaşacaq Azərbaycan - Niderland görüşü saat 18:30-da başlayacaq. Komanda daha əvvəl səfərdə Rumıniyaya 1:3 hesabı ilə uduzub.