Millimizin oyunları “Dalğa Arena”da

millimizin-oyunlari-dalga-arenada
Oxunma sayı: 1372

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2021-in seçmə mərhələsindəki növbəti oyunlarının stadionu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, gənclərimiz qarşıdakı iki görüşü “Dalğa Arena”da keçirəcək.

Belə ki, yığmamız sentyabrın 6-da Slovakiya, 10-da isə Gürcüstanı həmin məkanda qəbul edəcək.

Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk turunda səfərdə Lixtenşteynə məğlub olub - 0:1.