Millimizin oyunlarının saatları bəlli oldu

Millimizin oyunlarının saatları bəlli oldu
Oxunma sayı: 1937

Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Lüksemburq, İrlandiya və Serbiya yığmalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 1-də Lüksemburqla matç saat 22:45-də Lüksemburqdakı “Stade de Luxembourg”da start götürəcək.

3 gün sonra İrlandiya ilə duel saat 20:00-da Dublindəki “Aviva” stadionunda gerçəkləşəcək. Oktyabrın 12-də Serbiya ilə görüş isə saat 22:45-də Belqraddakı Rayko Mitiç adına stadionda olacaq.