Millimizin oyunlarının stadionları açıqlandı

millimizin-oyunlarinin-stadionlari-aciqlandi
Oxunma sayı: 899

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma oktyabrın 8-də Nitra şəhərindəki eyniadlı stadionunda Slovakiya ilə üz-üzə gələcək. 
 
Komanda oktyabrın 13-də Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda Gürcüstan yığması ilə qarşılaşacaq.