Millimizin oyunlarının vaxtı açıqlandı

millimizin-oyunlarinin-vaxti-aciqlandi
Oxunma sayı: 5110

21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi üç oyunun vaxtı və məkanı müəyyənləşib. 

“Qafqazinfo” xəbər verir ki, yığmamız sentyabrın 6-da, saat 21:00-da İsrail, sentyabrın 11-də, saat 20:00-da isə Norveç komandası ilə qarşılaşacaq. Hər iki oyun “Dalğa Arena”da keçiriləcək.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komandamızın Norveç yığması ilə oktyabrın 16-dakı görüşü isə Drammen şəhərindəki "Marienlyst Stadium"da, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) keçiriləcək.