Millimizin oyunlarının vaxtı müəyyənləşdi

millimizin-oyunlarinin-vaxti-mueyyenlesdi
Oxunma sayı: 862

Azərbaycan yığmasının Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda qarşılaşacağı Andorra və Kanada ilə görüşlərinin başlama saatı müəyyənləşib. 

Qafqazinfo” xəbər verir ki, yığma komandamız Andorra ilə mayın 26-da qarşılaşacaq. Həmin oyun yerli vaxtla 20.00-da (Bakı vaxtı ilə 22.00) start götürəcək.

Kanada ilə qarşılaşma isə iyunun 3-də keçiriləcək. Həmin oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Millimiz mayın 29-da Makedoniya ilə də üz-üzə gələcək.