Millimizin oyunlarının vaxtı və məkanı bəlli oldu

Millimizin oyunlarının vaxtı və məkanı bəlli oldu
Oxunma sayı: 440

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ilk iki oyunun vaxtı və məkanı müəyyənləşib.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma ilk matçını yanvarın 29-da Bakı İdman Sarayında Slovakiya seçməsinə qarşı keçirəcək. Qarşılaşma saat 18:00-da başlayacaq.

Komanda fevralın 2-də Yunanıstanın qonağı olacaq. Paytaxt Afinada “Daiss Sports Hall”dakı oyun saat 20:00-da start götürəcək.