Millimizin oyununun vaxtı dəyişdirildi

millimizin-oyununun-vaxti-deyisdirildi
Oxunma sayı: 1420

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının keçirəcəyi 1 oyunun tarixi dəyişdirilib.

"Qagfqazinfo" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Norveç Futbol Federasiyasının UEFA-ya müraciətinə əsasən, Norveç - Azərbaycan oyunu 2022-ci il iyunun 14-ə keçirilib. Daha əvvəl qarşılaşmanın bu il iyunun 6-da keçirilməsi nəzərdə tutulurdu.