Millimizin qapıçısı ölümdən döndü

millimizin-qapicisi-olumden-dondu
Oxunma sayı: 5497

Milli komandamız əsas qapıçısını itirib. Belə ki, Belçika ilə oyunun 62-ci dəqiqəsində hava mübarizəsi zamanı qazona uğursuz düşən Məmməd Hüseynov xəstəxanalıq olub.

“Qafqazinfo” xəbər verir ki, 17 yaşlıların Avropa Çempionatının 2-ci turunda Belçika ilə matç zamanı sıradan çıxan əlcək sahibi meydanda huşunu itirib.

Meydana daxil olan həkimlər qapıçını təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar.