Millimizin sabiq çalışdırıcısı “Barselona”ya baş məşqçi təyin olundu

millimizin-sabiq-calisdiricisi-barselonaya-bas-mesqci-teyin-olundu
Oxunma sayı: 8333

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun sabiq baş məşqçisi Faustino Peres “Barselona”da çalışacaq.

“Qafqazinfo” xəbər verir ki, 55 yaşlı çalışdırıcı İspaniya nəhənginin baş məşqçisi təyin olunub.

Bu yaxınlarda Xesus Velasko ilə yollarını ayıran kataloniyalılar əvəzində Çinin “Şanxay Quanqi Pioner” klubundan ayrılan Pereslə anlaşıb. O, yeni komandası ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Faustino Peres 2014-2016-cı illərdə Azərbaycan millisinə rəhbərlik edib. Millimiz AVRO-2016-da onun başçılığı altında 1/4 finala qədər irəliləməyi bacarıb.