Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Əsgərov özünü yeni idman növündə sınayacaq.
"Qafqazinfo" xəbər verir ki, 36 yaşlı futbolçu futzalla məşğul olmağa qərar verib.
Təcrübəli forvard bundan sonra Latvayanın “Petrov” klubunun uğurları üçün çalışacaq. Bu barədə millimizin sabiq üzvü sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qeyd edək ki, Vüqar Əsgərov 3 oyunda Azərbaycan millisinin formasını geyinib. Latviyada yaşayan və 2007-2013-cü illər aralığında bu ölkənin klublarında forma geyinən hücumçu, 2013-cü ildə Azərbaycana gəlib və burada “Sumqayıt”, “Zirə” və “Araz Naxçıvan” komandalarında çıxış edib. 2015-ci ildə isə o, yenidən Latviyaya qayıtmağa qərar verib. “Dauqavpils”, “Liepaya” kimi komandalarda çıxış edən Əsgərov son olaraq “Super Nova”da çıxış etsə də, ötən ilin avqustunda aldığı ağır zədə səbəbindən əməliyyat olunmuşdu və oynamırdı.
Son xəbərlər
Son Xəbərlər